Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Paytaxtın tıxac problemi günün əsas mövzusu olaraq qalır. Lakin ümid var və məlum olur ki, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına görə, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi, həmçinin bölgələrdə yeni universitetlərin açılması gündəmdədir? Yüz minlərlə tələbənin Bakının düz mərkəzindəki universitetlərdə təhsil alması vaxtilə təbii görünürdüsə, indi bu fərqli yanaşmanı tələb edir. Problemdən çıxış yolu isə mərkəzdə böyük ərazilərə malik olan və daha çox tələbə- müəllim kontingentinə malik bəzi universitetlərin kənara köçürülməsini zəruri edir. elektron mediada da səslənən fikirlər təsdiqləyir ki, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı paralelliyi əsasında həyata keçirilə bilər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələrinin və ya ümumilikdə texniki profilli müəssisələrin Sumqayıt sənaye zonasına və ya gələcəkdə Qarabağın sənaye mərkəzlərinə (məsələn, Ağdam) yaxın yerləşdirilməsi məqsədəuyğundur. Kənd təsərrüfatı və aqrar profilli müəssisələr regionlarda yerləşməlidir. Bu müəssisələr Gəncə ilə yanaşı, Lənkəran, Quba-Xaçmaz və digər zonalarla daha sıx inteqrasiya olunmalıdır. Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında logistika və nəqliyyat üzrə ixtisaslaşmış ali məktəb şəhərciklərinin (kampusların) yaradılması labüddür. İctimai fikirdə də belə bir qənaət var ki, paytaxtdan köçürülə biləcək universitetlər sırasına Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Mədəniyyət və İncəsənət Universitetidir. Eyni zamanda şəhər mərkəzində fəaliyyət göstərən bəzi özəl ali təhsil müəssisələrinin də paytaxtdan kənarda yerləşdirilməsi labüddür… Hətta bu siyahıya bəzi nazirlik və komitələr də aid edilməlidir. Ən vacibi, vaxtilə Bakıda məskunlaşmış məcburi köçkünlərin paytaxtdan bölgələrə köçürülməsi şəxsizdir ki, Bakının yükünü xeyli azaltmış olacaq. Bu proses hökumətin Qarabağdakı tikinti və bərpa siyasətinin sürətindən asılıdır, proses davam edir.
A.Məmmədli
Beləliklə, kampuslara köçürülməsi mümkündür.