Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Silahlı Qüvvələrinin Birgə Komandanlığının Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı bəyanat yayıb. Tezadlar.az xəbər verir ki, İran Silahlı Qüvvələri ABŞ prezidenti Donald Trampın yayımladığı videomüraciətə cavab verib. Bəyanatda deyilir: “Uca Tanrının iradəsi ilə bu müharibə sizin rüsvayçılığınıza, utancınıza və əbədi təslim olacağınıza qədər davam edəcək”. Həmçinin, İran silahlı qüvvələri ABŞ və İsrailə xəbərdarlıq edib və bəyanatda deyilir: “Daha dağıdıcı, genişmiqyaslı və dağıdıcı addımlarımızı gözləyin”.
Məlumat üçün bildirək ki, Donald Tramp ABŞ-ın İrandakı strateji məqsədlərinin sonuna yaxınlaşdığını və yaxın iki-üç həftə ərzində İrana qarşı hərbi əməliyyatları gücləndirməyə hazır olduğunu bildirib.