2 Aprel 2026 / 12:56

Azərbaycan- Türkiyə reysi ilə uçan hərbi təyyarə necə vurulub?- ŞOK DETALLAR

Bu gün Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçekdən sensasion iddia ortaya qoyulub. O, 2025- ci ilin noyabr ayında Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin İsrail tərəfindən vurulduğunu iddia edib və açıqlama yayıb. o, 20 türk zabitinin şəhid olduğu qəza ilə bağlı hesabatın gizlədildiyini deyib və açıqlanmasını tələb edib. Bəzi məlumatlara görə, bu sensasion bəyanatda məqsəd rəsmi Bakı və Ankaranın arasını vurmaqdır.

Türkiyənin bəzi media orqanları da bu bəyanatı tirajlayıb. Lakin hələki nə Türkiyədən, nə də Azərbaycandan bu bəyanata rəsmi mövqe açıqlanmayıb. Lakin qəza baş verən dövrdə rəsmi məlumat yayılmışdı…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!