Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün sığorta ödənişlərində dəyişiklik edilib. Yeni qaydaya əsasən, minik avtomobilləri taksi kimi istifadə olunduqda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə illik sığorta haqqının hesablanmasında 1.5 əmsalı tətbiq olunacaq.
Məsələ ilə bağlı taksi xidmətlərində qiymət artımı ehtimalı da gündəmə gəlib.
Tezadlar.az xəbər verir ki, Taksi Sürücülər Birliyindən trend-in sorğusuna cavab olaraq bildirilib ki, icbari sığorta ödənişi ildə bir dəfə həyata keçirilir və bu dəyişiklik daşıma tariflərinə təsir göstərməyəcək. Qeyd olunub ki, mövcud şəraitdə taksi xidmətlərinin qiymətləri dəyişməz qalacaq.
Eyni zamanda, bazarda fəaliyyət göstərən taksi şirkətləri də məsələyə münasibət bildirib.
“Yango” şirkətindən qeyd edilib ki, dəyişiklik hazırda daxili qaydada təhlil olunur.
“Bolt” şirkəti isə açıqlamasında bildirib ki, hazırda sərnişindaşıma tariflərində hər hansı artım qeydə alınmayıb.