5 Aprel 2026 / 18:47

ABŞ kürdlər vasitəsilə İrandakı etirazçılara çoxlu silah göndərib

İran ətrafında vəziyyət daha da gərginləşir və ABŞ hakimiyyət dəyişikliyinə hazırlaşır. Belə ki, ABŞ kürdlər vasitəsilə İrandakı etirazçılara çoxlu silah göndərib. Tezadlar.az xatırladır ki, ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında belə deyib. Sitat: “Biz iranlı etirazçılara çoxlu silah göndərmişik. Biz bu silahları kürdlər vasitəsilə göndərmişik. Məncə kürdlər o silahları saxlayıblar”.

Tramp silahların etirazçılara çatmadığını və kürdlər tərəfindən saxlanıldığını iddia edib. Eyni zamanda, Tramp bu ilin yanvarında İranda 45 min etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü qeyd edib.

İran rəsmiləri isə Trampın bu açıqlamasına reaksiya verməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!