Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Uzun illərdir Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin nəhayət, sökülməsi qərara alındı və ev dünən axşam söküldü. Tezadlar.az həmin ərazidə qəsəbəni kanalizasiya sularına qərq edən kollektorun yaratdığı dəhşətli mənzərəni əks etdirən videolar paylaıb. Ötən gün axır ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaratmış ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər. Həmçinin ərazidə aidiyyatı qurumlara tapşırıqlar verilib, problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib. Mütəxəssislərin rəyinə görə, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunub. Hansı ki, həmin evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və kollektorda yağış sularının kənarlaşdırılması problemi yaranmışdı.
Beləliklə, qəsəbənin bir hissəsi kanalizasiya sularına qərq oldu, vətəndaşlara külli miqdarda ziyan dəydi, ev söküldü… Bəs bu müsibətlərə bais olmuş ikimərtəbəli evin kollektor üzərində tikilməsinə kim icazə verib? Axı vətəndaş hardan bilərdi ki, külli miqdarda pul verib aldığı və tikdiyi evin altında kollektor var? Bu torpaq üzərində ev tikilməsinə icazə verən rəsmi qurumların rəhbərləri cəzalandımı, yaxud cəzalanndırılacaqmı???
Səbuhi