6 Aprel 2026 / 11:46

Cəhənnəmin Zori Balayanı-O HƏM DƏ ERMƏNİLƏRİN DÜŞMƏNİ İDİ!

…Zori Balayan gorbagor oldu! O, təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin, insanlığın, nəhayət, elə yazıq günə qalmış, beyni xəstə – “Böyük Ermənistan” zəhəri ilə doldurulmuş ermənilərin də düşməni idi. Niyə? Ona görə ki, adi bir adama on dəfə sən ağıllısan-desən, o özünü ağıllı bilib düşünəcək və bu yalana inanacaq! Bir adama on dəfə desən ki, sən axmaqsan, ifləməsən, o  özünü səfeh kimi aparacaq… Zori Balayan isə erməni xalqına on dəfə yox, min dəfə “Sən Böyüksən, güclüsən, türklərin düşmənisən!”- dedi və bu yazıq erməniləri bu yalanı ilə yazıq günə qoydu. Nə yaxşı ki, ermənilərin dostu Paşinyan peyda oldu və bu xəstələrə başa salmaqdadır ki, adam olun, real Ermənistanla barışın, beyninizi zəhərləyib sizi xəstə ediblər!

***

Qısası, Zori Balayan Xocalıda körpə uşaqların qar-çovğunda məhv edilməsinə sevinən erməni yaramazdır, həm də yaramaz erməni! O, gorbagor oldu! Ən vacibi odur ki, o, cəhənnəmə yola salınmamış uzun illər təbliğ etdiyi yalanlarının puç olduğunu canlı gördü! Və o, həm ermənisiz Qarabağı, həm də Qarabağsız ermənilərin halını da öz kor gözləri ilə gördü, kar qulaqları ilə eşitdi!

Lənət olsun!

(Şəkildə: solda gorbagor Zori Balayan, sağda isə oğlu Hayk Balayandır).

A.Məmmədli

n
 
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın

"Zori Balayan" etiketi üzrə xəbərlər

Link kopyalandı!