Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Keşlədə vəziyyət kritikdir, amma tədbirlər də görülür… Tezadlar.az FHN-ə istinadla xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində su kollektorlarında baş vermiş nasazlıqdan suyun təsirinə məruz qalan ərazilərdə FHN-nin müvafiq qüvvələri tərəfindən tədbirlər keçirilməkdə davam etdirilir. Sitat: “FHN-nin əməkdaşları gecə saatlarında da fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirir. Son məlumata görə, 100-dən çox vətəndaş təhlükəsiz yerə təxliyə olunub. FHN əməkdaşları ərazidə suyun çəkilməsi işlərini davam etdirir”.