6 Aprel 2026 / 16:37

Xızıda məcralarından çıxan çaylar subasmaya səbəb olub və ziyan vurub

Xızıda yağışlar nəticəsində məcralarından çıxan çaylar bəzi ərazilərdə subasmaya səbəb olub.  Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov deyib. Onun sözlərinə görə, rayonun su basmış ərazilərində müvafiq tədbirlər həyata keçirilir: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da burada zəruri işlərin icrasına kömək göstərirlər. Biz də icra hakimiyyəti olaraq, yağıntılar nəticəsində yaranan problemlərin aradan qaldırılmasına çalışırıq. Əvvəlki yağıntılar zamanı FHN əməkdaşları ərazidə toplanmış suların çəkilməsini təmin etsələr də, son yağışlar bu yerlərdə yenidən subasmaya səbəb olub. Bəzi çayların məcralarından çıxması səbəbindən bir sıra yaşayış məntəqələrini su basıb. Müvafiq qurumlarla birlikdə lazımı tədbirlər görüləcək və vətəndaşlar əvvəlki vəziyyətdə yaşamağa davam edəcəklər”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!