6 Aprel 2026 / 17:53

Pensiyaçılara şad xəbər: bu tarixdə kartınızı götürün və…

Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. Tezadlar.az Əmək və Sosial Müdafiə Nazirliyinin saytına istinadla bildirir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğun olaraq digər bölgələr(rayonlar) üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları veriləcək.

Düzdür, adətən pensiyalar hər ayın 10-dək verilirdi. Amma bu dəfə ölkədə normadan artıq yağış yağdığından vaxt 4 gün artırıldı.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!