7 Aprel 2026 / 07:11

Bakıdakı bu tikintinin dünyada analoqu yoxdur- İNANILMAZ

…Bakı şəhərində dünyada anoloqu olmayan və göz oxşayan, turistlərə zövq verən tikililər həmişə diqqəti çəkib. Məsələn, “Alov qüllələri” kimi tanınan kompleks, Milli Bankın, SOCAR- ın… binası və s. Amma Bakının Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi- 8 ünvanındakı bu binanın dünyada anoloqu yoxdur. Azərbaycan FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, eləcə də Nərimanov rayon İcra Hakimiyyətinin birgə “yaradıcılıq məhsulu” olan bir unikal layihəli bina da var. Aşağıda fotoşəklini təqdim edirik, baxıb zövq almağa dəyər!

Hətta təklif edirik ki, bu tikinti ənənəsi və təcrübəsi dünyada yayılsın, təbliğ olunsun! Məsələn, bilirsiz ki, Bakıda artıq boş yer qalmayıb, hər yer tikilib, bu da yollarda darısqallıq yaratdığından Bakı tıxaca hakimdir. Bəs nə etməli? Hə, tapmadınız… Bax, yuxarıda adını siyahılandırdığımız bu beşmərtəbəli bina kimi tikililərə start vermək lazımdır. Şəkildə gördüyünüz kimi, həmin beşmərtəbəli bina digər yaşayış binasına pərçimlənib, qarın- qarına, sinə- sinəyə tikilib. Deyə bilərsiz ki, bəs digər yaşayış binasında pəncərələri- işıqlığı kəsilən sakinlər necə olsun?! Onun da çarəsi tapılıb. Aldığımız məlumata görə, FHN rəhbərliyi həmin sakinlərin digər pəncərələrindən deşik açaraq hər gün onların mənzillərinə fasiləsiz hava vurulur, eləcə də onlar Çin istehsalı olan xüsusi qurğular vasitəsilə daim süni günəş işığı ilə təchiz edilirlər.

Görün nə qədər səmərəıəşdirici və qənaətcil bir işdir. Hətta sosial şəbəkələrdə bir çox adam bu tikinti texnologiyasını patentləşdirməyi təklif edirlər…

Son söz adı çəkilən rəsmi qurumlarındır! Bu tikinti təcrübəsi dünyaya yayılsınmı?!

A.Məmmədli

Ünvan:

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!