Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Aprel 2026 / 14:23

Zelenski niyə Suriyaya Ərdoğanın təyyarəsi ilə getdi?-İNANILMAZ SƏBƏB

…Ötən gün Zelenski Suriyaya Ərdoğanın təyyarəsində səfər edib! Bu fakt ABŞ və Rusiyada böyük həyəcan və diqqətlə izlənilməkdədir. Dünya mediasında bu barədə çoxsaylı yazılar tirajlanır, şərhlər verilir. Bəli, bu həm də Türkiyənin etibarlı dost və inam meydanı olmasına işarədir! Zelenski təhlükəsizliyini Ərdoğana etibar edirsə, bu nəticə çıxarmağa yetər… Jurnalist Eynulla Fətullayevin FB səhifəsindəki bu status da lap yerinə düşəndir. Sitat: “…Zelenski Suriyaya Ərdoğanın təyyarəsində səfər edib. Böyük siyasi anlam! Ukrayna nəinki Avrasiya regionunda, Yaxın Şərqdə böyük hərbi-siyasi gücə çevrilir… Bu möhtəşəm transformasiya yalnız iki nəfərin yuxusuna haram qatıb. Tramp dayı ilə Putin əmi dişlərini qıcıyıblar… Amma diş yoxdur ki. Vurub sındırıb çıxarıblar. Protezdir-protez!”.

Tezadlar.az bir faktı da əlavə edir ki, artıq Hakan Fidan da Suriyadadır… Məsələnin maraqlı tərəfi isə ondadır ki, hazırkı Suriya prezidentinin xanımı da ukraynalıdır…

Bax belə!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!