Bu gün Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea Hospital”-ının naşir Nigar Köçərliyə qarşı qaldırılmış iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Tezadlar.az xatırladır ki, Nigar Köçərli bu barədə maraqlı status paylaşıb. Sitat: “Əziz dostlar, bu gün Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea Hospital”-ının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirildi. Lakin iclas zamanı müəyyən oldu ki, “Bona Dea” şirkəti onun məşhur “Liv Hospital” şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib. Mən əməliyyat üçün xəstəxana seçərkən məhz “Liv” adına güvənərək oraya müraciət etmişdim. Xatırladım ki, “Liv Hospital” yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, Bona Dea “Liv Hospital”ın filialı deyil, heç zaman onlara müraciət etməzdim…”.
Beləliklə, məhkəmənin növbəti iclası mayın 5-ə təyin edilib.