…Zori Balayan öldü… Niyə indi öldü? Axı o, çoxdan ölməli idi… Amma və lakin… Demək, Xocalıların ahı Tanrıya çatdı və onu vaxtından əvvəl öldürmədi, çünki “qisas qiyamətə qalmamalıydı”! Tanınmış vəkil Aslan İsmayılov bu barədə maraqlı status paylaşıb. Tezadlar.az-a göndərilən həmin statusda deyilir: “Uşaq yaşlarımdan “bu həyat çox ədalətlidir, yaxşılığı da, pisliyi kim edirsə, ancaq özünə edir” sözlərini eşitmişəm. Bu yaşımda artıq bunların tək söz yığını yox, həqiqət olduğunu bir daha təsdiqləyirəm, çünki bu sözlər yaddaşıma həkk olunduğundan hər yaşadığım gün bunun şahidi olmuşam. Xüsusilə, 1983-cü ildən hakim, məhkəmə sədri, prokuror, vəkil işlədiyim bu günə qədər bu sözlərin həyatda insan talelərinə necə təsir etdiyinin canlı şahidiyəm. Məhz ona görə də bu günün özündə də insanların pislik, namərdlik, xəyanət etdiyini görəndə həmişə təəccüblənmişəm ki, insanlar necə bilə-bilə özlərinə sadaladıqlarımı edə bilirlər. Axı bu sözlər tək uşaqlığımda mənə deyilməyib, min illər boyu insanlar bu sözləri təkrarlayıblar. Bu gün yüz minlərlə insanın, özü də tək azərbaycanlıların yox, öz xalqı ermənilərin də həyatına bədbəxtçilik gətirən toxumları səpən, “Ocaq” kitabının müəllifi Zori Balayanın gorbagor olduğunu eşidəndə ilk ağlıma gələn yenə də həmin fikir oldu. Z.Balayan 10 il bundan əvvəl 81 yaşında ölsəydi, çox dəbdəbəli şəkildə, Ermənistanın Milli Qəhrəmanı kimi yüz minlərin alqış sədaları ilə Yerablur Hərbi Panteonunda dəfn olunardı. Ancaq həyat buna o imkanı vermədi. Törətdiyi cinayətlərin acı nəticələrini – bizim möhtəşəm Zəfərimizi gördü. Etdiklərindən ən azı öz xalqının hansı faciələri yaşadığını, necə aclıq çəkdiyini ən azı 5 il hər gün gördü, eşitdi, qovruldu, məşəqqətlər yaşadı və elə onlar tərəfindən lənətlənərək quyulandı”.
Lənət olsun!