Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Aprel 2026 / 15:45

Kitablar səltənətinin incisi: Bəxtiyar VahabzadəniAna dili” şeiri

…Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında  Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə, Xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dili”  şeiri təqdim olunur.

Xalq şairi, yazıçı, dramaturq, tərcüməçi və ictimai xadim, Vətənini canından artıq sevən, ədəbiyyat xəzinəsində iz qoyan Bəxtiyar Vahabzadə yaradıcılığı kitabsevərlərə yaxşı tanışdır. Bəxtiyar Vahabzadə müasir Azərbaycan ədəbiyyatında qələmlə döyüşən yazıçı və şairlər arasında hər zaman sözünü deməyi bacaran inqilab ruhlu bir şəxsiyyət olmuşdur. Vətənin ən ağır günlərində səsini ucaldan, hər zaman ürəyi xalqın ürəyi ilə bir vuran Bəxtiyar Vahabzadə son nəfəsinədək dövlətimizə düşmən olan qəsbkarlar və onların havadarlarına  qarşı sərt mövqedə olmuşdur.  Öz dilini unutmaqda olan bir çox insanlara üsyan olaraq:

Ey öz doğma dilində danışmağı ar bilən,  fasonlu ədabazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,

Bunlar qoy mənim olsun!

Ancaq Vətən çörəyi,

Sizlərə qənim olsun.

Deyə hayqıraraq, televiziya və radio dalğalarından sözünü deməkdən çəkinmirdi.  Xalq şairinin “Gülüstan” tarixi-siyasi, “Şəbi-hicran”, “Qoca çinar” və s. kimi poemalar,  “Fəryad”, “Özümüzü kəsən qılınc”,  “Kişi dünyası” və s. dram əsərləri xalq tərəfindən bu gün də sevilərək oxunmaqdadır.

Bəxtiyar Vahabzadənin əsərləri hər zaman aktualdır. Kitabsevərlərə şairin “Ana dili”, “Sənətkarın taleyi”, “Mən də insanam”, “Körpə” şeirlərini oxumaq, adı çəkilməyən bir çox əsərləri ilə  də tanış olmaq tövsiyə olunur.

Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri Azərbaycan dilinin saflığını, milli kimliyi və mənəvi dəyərlərini tərənnüm edir. Şair ana dilini and yeri və tarixi yaddaş kimi dəyərləndirərək, onun qorunmasını və yad təsirlərdən mühafizə olunmasını vətəndaşlıq borcu kimi vurğulayır.

JASMİN

Yazıçı Şahzadə İldırımın səsləndirdiyi “Ana dili” şeiri aşağıdakı keçiddə verilmişdir:

https://www.youtube.com/watch?v=PHaVp_z0xO4

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!