7 Aprel 2026 / 17:33

“Oğru aləmi”nə qarşı xüsusi əməliyyat:– 44 nəfər saxlanıldı-SON DƏQİQƏ

Bu dəfə “oğru aləmi” hədəfə gəldi. Belə ki, son 24 saat ərzində Tbilisi və bir sıra regionlarda keçirilən polis əməliyyatları nəticəsində “oğru aləmi” ilə əlaqəli 44 nəfər həbs edilib, əlavə 6 nəfərə isə ittiham irəli sürülüb. Onlardan biri xaricdə yaşayan tanınmış “qanuni oğrudur”. Tezadlar.az xatırladır ki, bu barədə Daxili İşlər Nazirliyinin müavini Aleksandre Daraxvelidze brifinqdə açıqlama verib. O bildirib ki, gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, həbs olunanlar “oğru davalarını” təşkil edib və “oğru qərarları” qəbul ediblər. Hüquq-mühafizə orqanları qeyd edir ki, həbs olunanlar “qanuni oğru” Mamuka Şubitidze ilə əlaqəli olub. Şubitidze şəxsi mənfəəti üçün “oğru qaydaları”na əsaslanaraq vətəndaşlar arasında maliyyə və digər cinayət xarakterli mübahisələr üzrə qərarlar qəbul edib. Müəyyən qaydaların pozulması halında isə fiziki hesablaşma və həyatı təhlükəyə atmaqla hədələyib. İstintaq materiallarına görə, ittiham olunanlar “qanuni oğruya” müntəzəm olaraq Tbilisi və Kaxeti bölgələrində yaşayan şəxslər barədə məlumat veriblər ki, sonradan “oğru aləmi” adı altında maddi mənfəət əldə etmək mümkün olsun. Əməliyyat zamanı sübut kimi avtomobil, atıcı silahlar, döyüş ləvazimatları, eləcə də ittiham olunanların mobil telefonları və kompüter texnikası götürülüb. Bu vasitələr vasitəsilə onlar həm bir-biri, həm də xaricdə yaşayan “qanuni oğru” ilə əlaqə saxlayıblar.

Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsləri 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!