7 Aprel 2026 / 18:08

600 abonent qazsız qalacaq

Sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Tezadlar.az xəbər verir ki, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.

Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!