Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…İran və ABŞ arasında atəşkəsin elan olundu. ABŞ prezidenti Donald Tramp qeyd edib ki, İranın bombalanmasına iki həftəlik fasilə verilməsinə razılıq əldə olunub və bu, ikitərəfli atəşkəs kimi qiymətləndirilir. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Trampın sözlərinə görə, hücumların dayandırılması üçün əsas şərtlərdən biri İranın Hörmüz boğazını tam şəkildə açmağa razılıq verməsidir. Tramp deyib: “Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ilə apardığım danışıqlardan sonra, həmçinin İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razılıq verməsi şərti ilə İrana qarşı bombalama və hücumların iki həftəlik dayandırılmasına razılaşdım. Bu, ikitərəfli atəşkəs olacaq”.
O əlavə edib ki, artıq hərbi məqsədlərə nail olunub və tərəflər yekun razılaşmaya yaxındır. ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton Tehrandan 10 bəndlik təklif alıb və bu sənəd danışıqlar üçün əsas kimi qiymətləndirilir: “Demək olar ki, bütün mübahisəli məsələlər razılaşdırılıb. İki həftəlik müddət yekun müqavilənin imzalanmasına imkan yarada bilər”.
Bu arada BBC İran mediasına istinadən Tehranın hazırladığı 10 maddəlik atəşkəs planını dərc edib. Plana Hörmüz boğazının açılması, İrana dəymiş ziyanın ödənilməsi və regiondakı münaqişələrin dayandırılması daxildir.
Eyni zamanda İran nüvə silahına sahib olmamaq öhdəliyi götürür.
Planın əsas bəndləri aşağıdakılardır:
1.) İraq, Livan və Yəməndə hərbi əməliyyatların tam dayandırılması;
2.) İrana qarşı hərbi əməliyyatların müddətsiz və tam dayandırılması;
3.) Regiondakı bütün münaqişələrə son qoyulması;
4.) Hörmüz boğazının yenidən açılması;
5.) Boğazda təhlükəsiz və azad gəmiçiliyin təmin olunması;
6.) İrana yenidənqurma xərclərinin ödənilməsi;
7.) Sanksiyaların ləğvi üzrə öhdəlik;
8.) Dondurulmuş İran aktivlərinin azad edilməsi;
9.) İranın nüvə silahı əldə etməmək öhdəliyi;
10.) Şərtlər təsdiqləndikdən sonra dərhal atəşkəsin qüvvəyə minməsi.
Məlumata görə, İran və ABŞ arasında əsas danışıqlar aprelin 10-da- cümə günü Pakistanın paytaxtı İslamabad şəhərində başlayacaq. Siyasilər hesab edir ki, İran bu şansı əldən verməməməlidir.
A.Məmmədli