Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 08:40

Ağdaban faciəsinin 34-cü ildönümüdür- XİN bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı bəyanat yayıb. Tezadlar.az xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban faciəsindən 34 il ötür.

1992-ci ildə Kəlbəcərin 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı dəstələri tərəfindən tamamilə dağıdılıb və yaşayış məntəqəsi tamamilə viran qalıb.

Cəmi 779 mülki şəxs ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə müstəsna qəddarlıqla vəhşicəsinə qətlə yetirilib.

Bu faciə tarixdə Azərbaycan xalqına qarşı törədilən ağır cinayətlərin ağrılı nümunələrindən biri kimi qalıb.

Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!