Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Axır ki, İranda uranın zənginləşdirilməsi baş verməyəcək. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. Sitat: “ABŞ İranla yaxından işləyəcək. Hansı ki, bizim fikrimizcə, orada çox məhsuldar rejim dəyişikliyi verib. Uranın zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birlikdə işləyərək dərin basdırılmış nüvə tozlarını çıxarıb ləğv edəcək. O, çox dəqiq peyk nəzarətində olub və indi də belədir. Hücumun baş verdiyi tarixdən bəri heç nəyə toxunulmayıb. Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələlərini danışırıq və danışacağıq. 15 maddənin çoxu barəsində razılıq əldə olunub”.
Sitatın sonu.