Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 18:41

İran tankerlərə kriptovalyuta rüsumu tətbiq edə bilər

İran Hörmüz boğazından keçən hər barel neftə görə tranzit rüsumunu kriptovalyutada almağı planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının nümayəndəsi Həmid Hüseyniyə istinadən məlumat yayıb.

“İran boğaza daxil olan və çıxan yüklərə nəzarət etməlidir ki, bu iki həftə silah daşınması üçün istifadə olunmasın”, – Hüseyni qeyd edib.

Onun sözlərinə görə, hər bir tanker hakimiyyət orqanlarına elektron məktub göndərməklə öz yükü barədə bildirməlidir. Bundan sonra isə İran onları rüsum barədə məlumatlandıracaq. Rüsum rəqəmsal valyutalarda ödənilməlidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!