9 Aprel 2026 / 16:20

Həcc ziyarəti üçün kvota tamamlanmaq üzrədir – aralarında uşaqlar, məşhur şəxslər də var

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiz tamamlanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, kvota üzrə cəmi 4 faiz boş yer qalıb:

“Müraciət edənlər arasında uşaqlar, eyni zamanda məşhur şəxslər də var. Sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumat veriləcək. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir”.

Xatırladaq ki, Vüsal Cahangiri daha əvvəl regionda baş verən gərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini də açıqlamışdı:

“Hazırda regionda baş verən gərginliklərlə bağlı heç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyat prosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur, gündəlik müraciətlər qeydə alınır”, – deyə o bildirmişdi.

 

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!