9 Aprel 2026 / 19:08

Orbanın Avropa xəyanəti üzə çıxdı- MAKRON OD PÜSKÜRDÜ

Məlumdur ki, 12 aprel 2026-cı il ( bazar günü) Macarstanda növbəti Parlament seçkiləri keçiriləcək. Ölkənin baş naziri Orban təşvişdədir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu gün də bəlli olub ki, Orban höküməti Avropa Birliyinə aid olduqca məxfi bir sənədi Macarstanın Moskvadakı səfirliyi vasitəsi ilə Rusiyaya ötürüb. Bununla bağlı Avropa Birliyinin üzv ölləıəri şokdadır… Və ən sərt və operativ etiraz Fransa hökümətindən gəlib. Fransa prezidenti Makron isə bunu xəyanət adlandırıb, Orbana qarşı sərt tədbirlər görməyə çağırıb.
Məlumata görə, Aİ- nin təcili toplantısı sabaha nəzərdə tutulub.
Bəs Orbanın üzvü olduğu birliyə qarşı bu cür hərəkəti necə qiymətləndiriləcək? Bazar gününədək bu məsələyə aydınlıq gətirilməlidir!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!