Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstanla əməkdaşlığın ardıcıl inkişafına böyük əhəmiyyət verir.
Tezadlar.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan İrəvanda qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə görüşündə bəyan edib.
Onun sözlərinə görə, Ermənistan region ölkələri ilə ümumi maraq kəsb edən bütün istiqamətlərdə qarşılıqlı əlaqəni, o cümlədən ticari-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirmək niyyətindədir.
“Mən ölkələrimizin və regionlarımızın iqtisadi inkişafının bir əsas istiqamətini xüsusi vurğulamalıyam: qarşılıqlı əlaqə. Əminəm ki, nəqliyyat və logistika infrastrukturunun daha da inkişaf etdirilməsi üçün birgə səylər regionun iqtisadi potensialının ən yaxşı şəkildə reallaşdırılmasına və regionlararası əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”, – Mirzoyan vurğulayıb.
O həmçinin əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülh gündəliyinə sadiqdir:
“Biz Qazaxıstanın bu istiqamətdəki səyləri dəstəkləməyə hazırlığını da yüksək qiymətləndiririk”.
Yermek Koşerbayev isə qeyd edib ki, Ermənistan Qazaxıstanın Cənubi Qafqazda etibarlı tərəfdaşıdır.
O, Astananın müəyyən edilmiş strateji tərəfdaşlıq çərçivəsində İrəvanla əməkdaşlığı daha da inkişaf etdirməyə sadiq olduğunu bəyan edib.