Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsini idarə etməkdə ittiham olunan və məhkəməsi getdiyi zaman həbsxanada ölən Ceffri Epşteynlə hər hansı əlaqəsi və ya məlumatı olduğu iddialarını rədd edib.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, prezident Trampın həyat yoldaşı Melaniya Tramp Epşteynlə bağlı ona qarşı irəli sürülən ittihamları müzakirə etmək üçün Ağ Evdə kameralar qarşısına çıxıb.
Melaniya Tramp açıqlamasında Epşteynlə heç bir əlaqəsinin olmadığını və onun cinayətlərindən xəbərsiz olduğunu iddia edib.
O, onun Epşteynlə əlaqələri barədə xəbərlərin yalan, tamamilə əsassız olduğunu və onun nüfuzuna xələl gətirmək məqsədi daşıdığını qeyd edib.
“Məni utancverici Ceffri Epşteynlə əlaqələndirən yalanlar bu gün bitməlidir. Mənim haqqımda yalan danışanlarda etik standartlar, təvazökarlıq və hörmət yoxdur. Mən onların cahilliyini mübahisə etmirəm, amma nüfuzumu ləkələmək üçün etdikləri pis niyyətli cəhdləri rədd edirəm”, – Melaniya Tramp bildirib.
Birinci xanım Konqresi Epşteynin cinayətlərinin qurbanları ilə bağlı ictimai dinləmə keçirməyə çağırıb.
Qeyd edək ki, 18 yaşından kiçik onlarla qıza cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.
E.ŞİRİNOV