10 Aprel 2026 / 02:50

SON DƏQİQƏ: Putin atəşkəs elan etdi

Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəs barədə qərar verib.

Tezadlar.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin Ukraynada atəşkəs barədə qərar verdiyi bildirilib.

“Rusiya Silahlı Qüvvələrinin Baş Komandanının qərarı ilə, Pravoslav Pasxa bayramını qeyd etmək məqsədilə 11 aprel yerli vaxtla saat 16:00-dan 12 aprelin sonuna qədər atəşkəs elan edilib. Rusiyanın müdafiə naziri Andrey Belousov və Baş Qərargah rəisi Valeri Gerasimova bu müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmaq əmri verilib”, – açıqlamada deyilir.

Aşıqlamada Rusiya qoşunlarının bu müddət ərzində mümkün təxribatlara və aqressiv hərəkətlərə hazır olmalı olduğu vurğulanıb və Ukraynanın atəşkəsə əməl edəcəyinə ümid ifadə edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!