Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistan hakimiyyəti ABŞ və İran arasında gözlənilən danışıqların təhlükəsizliyinin təmin olunması üçün İslamabad və Ravalpindi şəhərlərində əlavə qeyri-iş günləri elan edib. Tezadlar.az xəbər verir ki, bu barədə “Dawn” portalı məlumat yayıb. Bildirilib ki, aprelin 9-10-da həyati əhəmiyyətli sahələrlə bağlı xidmətlər və qurumlar istisna olmaqla, hamı üçün istirahət günləri elan edilib. Nəşr qeyd edir ki, hakimiyyət küçələrdə polis sayını əhəmiyyətli dərəcədə artırıb və nümayəndə heyətlərinin qalacağı hotelin ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Danışıqlar zamanı İslamabada bəzi girişlərin bağlanacağı da gözlənilir. Daha əvvəl İranın Pakistandakı səfiri Rza Əmiri Moqədam ölkəsinin nümayəndə heyətinin aprelin 9-da axşam saatlarında İslamabada gələcəyini bəyan etmişdi.
ABŞ və İran arasında danışıqların ilk mərhələsinin aprelin 10-da Pakistanın paytaxtında keçirilməsi gözlənilir. Nümayəndə heyətləri artıq Pakistandadır.