10 Aprel 2026 / 12:37

“Özünə qol”: İranla müharibə NATO-nu parçaladı

İranla müharibə NATO-nu parçaladı. Alyansın bəzi Avropa üzvləri Brüsseldə qəbul edilən qərarların ABŞ-ı qoşunlarını Avropadan çıxarmamağa inandırmaq səylərini sarsıdacağından qorxurlar.

Tezadlar.az bu barədə “The Financial Times” qəzetinə istinadən xəbər verir.

Trampın NATO-ya qarşı əvvəlki hücumları Avropa müttəfiqlərinin yekdil reaksiyasına səbəb olsa da, İranla müharibə onlar arasında fikir ayrılığına səbəb olub. Dörd NATO diplomatı nəşrə bildirib ki, bir neçə AB ölkəsinin ABŞ-a bazalara giriş verməkdən imtina etməsi çox radikal bir addımdır. İndi ölkələr Trampa öz faydalılıqlarını nümayiş etdirməlidirlər.

Vəziyyəti şərh edən yüksək vəzifəli NATO diplomatlarından biri bunu “özünə qol” adlandırıb. Qeyd olunur ki, nəticələrin dəyəri çox böyük ola bilər. Tramp əvvəllər bildirmişdi ki, müttəfiqləri İrana qarşı əməliyyatda Vaşinqtona kömək etməkdən imtina etdikdən sonra ölkəni alyansdan çıxarmağı ciddi şəkildə nəzərdən keçirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!