10 Aprel 2026 / 13:17

İNANILMAZ! Cinlərə zəng etdiyinə görə həbs edildi

Əfqanıstanın Fəzilət Təbliği və Şər İşlərin Qarşısının Alınması Nazirliyinin əməkdaşları Kabil əyalətinin sakinini mobil telefon vasitəsilə cinlərlə əlaqə saxladığına görə həbs ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Pajhwok” xəbər agentliyi məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, Surobi rayonunun sakini “Pajhwok” Əfqanıstan Xəbərləri proqramında cinlərlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq pis ruhların təsiri altında olanları qoruya biləcəyini iddia edib.

Nazirlik açıqlamasında bildirib ki, “Saxlanılan şəxs cinlərin onu başa düşdüyünü iddia edib. Bu cür ifadələr xurafat və İslam prinsiplərinə zidd hesab olunur”.

Nazirlik həmçinin vurğulayıb ki, təkcə son bir həftə ərzində ölkənin müxtəlif əyalətlərində 24 şübhəli “sehrbaz” həbs edilib.

Əfqanıstan əvvəllər sehrbazlara və cadugərlərə qarşı sərt tədbirlər gördüyünü açıqlamışdı. 2023-cü ildə Əfqanıstanın Fəzilətlərin Təbliği və Şər İşlərin Qarşısının Alınması Nazirliyinin nümayəndəsi sehrbazların ailələrdə problem yaratdığını, həyat yoldaşları arasında münaqişələrə səbəb olduğunu və biznesə zərər verdiyini, eləcə də “şarlatan bacarıqlarından, amuletlərindən və digər simvollarından şəxsi zənginləşmək üçün” istifadə etdiklərini vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!