Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu dəqiqələrdə BDU-da Hüquq elmləri doktoru, Professor Kamil Səlimovun 70 illik yubileyi qeyd edilir. Tədbirdə ölkənin tanınmış alimləri, hüquq elmləri sahəsində öz sözünü demiş elm xadimləri, eləcə də ölkənin rəsmi qurum rəhbərləri… iştirak edirlər.
XXX
Kamil Səlimov 1956-cı il 12 apreldə Bakı şəhərində anadan olub. O, 1974-1979-cu illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsindətəhsil alıb və 1980-1981-ci illərdə Ukraynanın Xarkov Universitetinin Hüquq fakültəsinin aspirantı olub.
1973-cü ildə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda laborant, 1979-1984-cü illərdə vəkil, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, 1988-1992-ci illərdə BDU Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 1992-ci ildən həmin kafedranın müdiridir və kriminalistika, əməliyyat-axtarış fəaliyyəti dərslərini tədris edir.
Kamil Səlimov 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin koordinatoru, 2007-2009-cu illərdə isə həmin komitənin üzvü kimi çalışıb.
O, həmçinin, 2004-2009-cu illərdə “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının eksperti, 2008-2009-cu illərdə isə Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri olub.
Ailəlidir, 2 övladı var.
1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.
101 məqalə, 2 monoqrafiya, 4 kitab və 1 patent müəllifidir. Yetişdirdiyi elmlər namizədlərinin sayı 3-dür.
1989-cu ildə SSRİ dövründə terrorçuluqla mübarizənin kriminoloji və kriminalistik problemlərin tədqiqatı ilə məşğul olub.
“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın “Hüquq və Siyasi elmlər” üzrə redaksiya heyətinin üzvüdür.
1. 2005 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Space” radioteleviziya şirkəti. «Məhkumun səsi» layihəsi.
2. 2005 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı. «Yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsinin praktikada tətbiqinin monitorinqi» layihəsi.
3. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və ABŞ Səfirliyi. “Azadlıqdan məhrumetmə yerlərinin və istintaq təcridxanalarının monitorinqi” layihəsi.
4. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Açıq Cəmiyyət İnstitutu. “Məhkum və Cəmiyyət” qəzetinin nəşri layihəsi.
5. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İstimai Birliyi və ATƏT-in Bakı Ofisi. «Tərbiyə koloniyasında tərbiyə alan yetkinlik yaşına çatmayan məhkumlar üçün «Kompüter Biliklərinin Tədrisi Mərkəzi» adlı layihə.
6. 2007 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi Azərbaycan respublikasi İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu “Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən istehsal sahələrinin işinin yeni şəraitə uyğunlaşdırılması” tədqiqat layihəsi
7. 2008 – Penal Reform İnternational və «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi. “Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərinin saxlanılma vəziyyətinin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması” layihəsi.

