Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yəqinki hər kəs işğaldan azad edilmiş səfalı bölgələrimizdə evə sahib olmaq istəyər. Artıq Ağdamda, Laçında və Kəlbəcərdə satışa çıxarılan evlər var. Budur, Kəlbəcər rayonunun düz mərkəzində – Kəlbəcər şəhərində “Kalbajar CITY” yaşayış kompleksinin inşasına başlanıb. Kompleksin layihəsindı rahat, təhlükəsiz və sağlam həyat üçün bütün incəliklər nəzərə alındığı qeyd olunur. Kompleks 9 blokdan ibarət 6 müasir yaşayış binasını əhatə edir. Mənzillərin funksional planlaşdırma, işıqlı məkanlar və yüksək komfort standartları ilə seçiləcəyi də bildirilir. Layihədə hər ailə üçün rahat qaraj və parklanma imkanları yaradılıb. Qapalı və meyvə bağları ilə əhatələnmiş həyət, 24 saatlıq mühafizə sistemi, uşaqlar üçün oyun meydançaları, eləcə də ailəvi istirahət zonaları sakinlərin təhlükəsiz və rahat yaşayışını təmin edəcək.
Şirkətin yaydığı məlumatdan bəlli olur ki, “Kalbajar CITY”-də mənzillərin çoxu artıq müştərisini tapıb və satılıb. Qiymətlər 1,2,3 və 4 otaqlı təmirsiz mənzillərin qiyməti belədir: 1 kvadrat metri 1700 manat, təmirli mənzilin 1 kvadrat metri isə 2100, divarları sadəcə suvanıb rənglənmiş mənzilin 1 kvadrat metri isə 1800 manatdır. Mənzillər 30 faiz ilkin ödənişlə 12-24 aylıq kreditlə satılır.
Bu minvalla, deməli, 100 kvm.- lik mənzil 170-180, 210 min manatadır. Təxminən Bakı qiyməti. Sonra da deyirlər ki, bölgələrə gedən yoxdur. Halbuki, dövlət baba Qarabağdakı rayon mərkəzlərində sosial evlər tikərək ucuz qiymətə təklif edə bilər. Elə qiymətə ki, insanlar Bakını qoyub rayonlara getsin, yaxud kimsə düşünməsin ki, Kəlbəcərdə o qiymətə mənzil alınca, elə Bakıdan alar də!
A.Məmmədli