11 Aprel 2026 / 08:15

Tanınmış QHT rəhbəri “Antiinhisar” Dövlət Agentliyini vecsiz qurum adlandırdı

…Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətsizliyindən daim yazılır, amma ortada isə elə də bir dəyişikliyi görmürük. Halbuki bu dövlət qurumu antiinhisarçı şirkətlərə qarşı qanuni tədbirlər görməlidir. İstər özəl olsun, istərsə də rəsmi. Budur, tanınmış QHT rəhbəri Sahib Məmmədov adı çəkilən qurumun vecsizliyindən yazmalı oldu. Sitat: “Bu barədə bir neçə dəfə yazmışam. “Azəriqaz” İB smart sayğacı dəyişərkən 425 kub qalıq vardı. Abonent səhifəsində də göstərilirdi. Hazırda sayğacda 291 kub göstərici var. Artıq iki aydı qalığı siliblər və iki aydır ki, mənə dalbadal sms gəlir ki sərfiyyat 400 kubdur və mən borcu ödəməliyəm. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də daxil, bütün vecsiz qurumlara şikayət yazmışam. Bu günlərdə “Azəriqaz” İB Sumqayıt RQİİ-dən məktub gəlib ki, problemi həll etmişik. Bu gün yenə sms gəlib ki, borcu verməsəniz qaz təchizatı dayandırlacaq. Bu artıq idarəetmə böhranıdır. SOCAR-dakı ingilisdilli rəhbərlər hansısa kitabdan xarici idarəetmə modelin götürüb tətbiq ediblər, adını da öz dillərində upstream, downstream və mainstream qoyublar. Aləm qarışıb bir birinə. Artıq gülməkdən başqa çarə qalmayıb. Əgər İB sərfiyyatı öz bildiyi kimi təyin edirsə, o zaman sayğac nə üçündür? Onsuz da sayğac sərfiyyatı iki dəfə artıq yazır. Bunlar da onu ikiyə vurub pulun alırlar…”.
  • IMG
     
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!