11 Aprel 2026 / 10:45

SON DƏQİQƏ: Keçmiş futbolçu həbs edildi

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc istintaqı çərçivəsində “qırmızı bülleten”lə cəzalandırılan keçmiş futbolçu Batuhan Karadenizin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) polis qrupları tərəfindən saxlanıldığı iddia edilir.

Tezadlar.az xəbər verir ki, uzun müddətdir xaricdən sosial mediada yayımlarını davam etdirən Karadenizin “qırmızı bildiriş” tələbi əsasında Dubayda həbs olunduğu və hüquqi prosedurların tamamlanmasından sonra Türkiyəyə ekstradisiya ediləcəyi bildirilib.

Digər tərəfdən, Daxili İşlər Nazirliyi 45-i milli səviyyədə axtarışda olan ümumilikdə 61 nəfərin 7 fərqli ölkədə həbs olunaraq Türkiyəyə gətirildiyini açıqlayıb.

Həbs edilənlərin qəsdən adam öldürmə, ağır cinsi təcavüz, narkotik qaçaqmalçılığı, miqrant qaçaqmalçılığı, fırıldaqçılıq, kibercinayətlər, silahlı təhdid, soyğunçuluq, insan alveri, sutenyorluq, oğurluq və terror təşkilatına üzvlük kimi cinayətlərə görə axtarışda olduqları müəyyən edilib. Bildirilib ki, əməliyyatlar Təhlükəsizlik Baş İdarəsinin İnterpol-Avropol Departamenti və Ədliyyə Nazirliyi, eləcə də müvafiq bölmələrlə əlaqələndirilərək həyata keçirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!