Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Tezadlar.az xəbər verir ki, Makron söhbətlə bağlı açıqlamasında prezident Ərdoğanla Hörmüz boğazını müzakirə etdiyini bildirib.
Açıqlamaya görə, prezident Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Liderlər Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan müdafiə sənayesi başda olmaqla bütün sahələrdə əməkdaşlıq imkanlarını qiymətləndirərək iki ölkə arasında münasibətləri daha da inkişaf etdirməyin faydalı olacağını bildirib. O, İrana hücumlarla başlayan prosesin bütün dünyaya mənfi təsir etdiyini və Türkiyənin müvafiq ölkələrlə birlikdə dəstəklədiyi diplomatik səylərin atəşkəs prosesində mühüm rol oynadığını bildirib.
Prezident Ərdoğan Livana edilən hücumlara toxunaraq, atəşkəs prosesinə sabotaj yarada biləcək cəhdlərə fürsət verilməməli olduğunu və Türkiyənin bu prosesə mümkün qədər töhfə verməyə davam edəcəyini bildirib. Prezident Ərdoğan Qəzzada sülh planının ikinci mərhələsinin başlanmasının vacib olduğunu və bu baxımdan əldə edilən impulsun itirilməməli olduğunu bildirib. Liderlər həmçinin Hörmüz boğazında beynəlxalq hüquqa əsaslanaraq naviqasiya azadlığının təmin edilməsi, Suriyadakı hadisələr, Qafqazda sülh prosesinin dəstəklənməsi, davamlı sülhün axtarışı və Ukrayna ilə Rusiya arasında danışıqların canlanması kimi məsələləri ətraflı müzakirə ediblər.
E.ŞİRİNOV