Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İraq Parlamenti Nizar Amedini ölkənin yeni prezidenti seçib.
Tezadlar.az xəbər verir ki, parlament səsverməsində Kürdüstan Vətənpərvər Birliyinin (KVB) namizədi Nizar Amedi (58) 329 üzvlü parlamentdə səsvermənin ikinci turunda 227 səslə prezident seçilib. Cəmi 229 deputat səs verib.
İraqda 2003-cü ildən sonra qurulan siyasi tənliyə görə, prezident kürd partiyalarının namizədləri arasından seçilir.
Kürdüstan Demokrat Partiyası (KDP) bu vəzifəyə hazırkı xarici işlər naziri Fuad Hüseynin, Kürdüstan Vətənpərvər Birliyi (KVB) isə Nizar Amedinin namizədliyini irəli sürüb. KDP və KVB namizədləri də daxil olmaqla, cəmi 17 nəfər bu vəzifə uğrunda mübarizə aparıb. Seçildikdən sonra Amedi parlamentdə and içib və vəzifəsinə başlayıb.
İraq konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti 4 ildir və eyni prezident yalnız bir dəfə yenidən seçilə bilər.
İraq Konstitusiyasına görə, prezident seçildikdən sonra 15 gün ərzində parlamentdəki ən böyük blokun (şiə) namizədinə hökumət qurmağı tapşırmalıdır. İraqda parlament seçkiləri 11 noyabr 2025-ci ildə keçirilib. Davam edən siyasi fikir ayrılıqları səbəbindən hələ də yeni hökumət qurulmayıb.
Hazırkı hökumət “gündəlik işlərə cavabdeh olan hökumət” kimi fəaliyyət göstərməyə davam edir.
Yeni prezident əvvəllər İraq KİV-nin Bağdad ofisinin rəhbəri, İraq Prezidentliyinin müşaviri və Ətraf Mühit naziri vəzifələrində çalışıb.
E.ŞİRİNOV