12 Aprel 2026 / 08:17

TRAMP: BİZ QALİB GƏLİRİK

ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasındakı danışıqlarla bağlı deyib: “Nə olursa-olsun, biz qalib gəlirik. Bəlkə də razılaşma əldə edəcəklər, bəlkə də etməyəcəklər. ABŞ-ın baxış bucağından biz qalib gəlirik.”

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdən İranla atəşkəs prosesi ilə bağlı mətbuata açıqlamalar verib.

İranla sülh danışıqlarının necə getdiyi ilə bağlı suala cavab olaraq Tramp proseslə bağlı çoxsaylı məlumatlar aldığını söyləyib və əlavə edib: “Yəqin ki, izlədiyiniz kimi, onlar saatlarla danışıblar. Nə olacağını görəcəyik. Hər halda, biz qalib gəlirik. Nə olursa-olsun, biz qalib gəlirik. Bəlkə də onlar razılaşma əldə edəcəklər, bəlkə də etməyəcəklər. ABŞ-ın baxış bucağından biz qalib gəlirik.”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!