Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistanda keçirilən İran-ABŞ danışıqlarında heç bir razılaşma olmayıb
İran mediası iddia edir ki, İslamabadda keçirilən Tehran-Vaşinqton danışıqlarında ortaq çərçivə və razılığa gəlinməməsinin səbəbi ABŞ-ın həddindən artıq tələbləri olub.
Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyası Pakistanın paytaxtı İslamabadda keçirilən İran-ABŞ danışıqlarının başa çatdığını açıqlayıb.
İslamabadda təxminən 21 saat davam edən ABŞ-İran danışıqlarında, xüsusən də Hörmüz boğazı və nüvə materiallarının ölkədən çıxarılması kimi məsələlərdə razılığa gəlinmədiyi bildirilib.
İran nümayəndə heyətinin müxtəlif təşəbbüslər vasitəsilə ABŞ tərəfini ortaq çərçivəyə yönəltməyə çalışdığı iddia edilsə də, ABŞ tərəfinin həddindən artıq tələblərinin ortaq çərçivə və razılaşmanın formalaşmasına mane olduğu iddia edilib.
ABŞ-ın vitse-prezidenti J.D.Vens Pakistanın paytaxtı İslamabadda İranla birbaşa danışıqların “razılığa gəlinmədən” başa çatdığını açıqlayıb.
Vens bildirib ki, “Biz 21 saatdır ki, bunun üzərində işləyirik və iranlılarla bir sıra vacib müzakirələr aparmışıq. Yaxşı xəbər budur. Pis xəbər isə odur ki, razılığa gələ bilməmişik. Düşünürəm ki, bu, İran üçün ABŞ-dan daha pis xəbərdir. Ona görə də razılaşma olmadan ABŞ-a qayıdırıq”.
E.ŞİRİNOV