12 Aprel 2026 / 19:17

Tramp Hörmüz boğazını blokadaya almağa göstəriş verdi- TƏCİLİ

ABŞ -İran danışıqları bu dəfə bitmiş sayııır… Tezadlar.az xəbər verir ki, “Vaşinqton və Tehran nümayəndə heyətləri İslamabadda problemli mövzuların əksəriyyətini razılaşdırıblar, lakin nüvə məsələsi həll olunmamış qalıb”,- deyən ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında bunları yazaraq əlavə edib ki, danışıqlar təxminən 20 saat davam edib və əldə olunmuş razılaşmalar hərbi əməliyyatın davam etdirilməsindən daha yaxşıdır, lakin bu nəticələr İranın nüvə ambisiyaları səbəbindən əhəmiyyət kəsb etmir: “İranla görüş səhər tezdən başladı və bütün gecəni – təxminən 20 saat davam etdi. Mən ətraflı danışa və əldə edilən bir çox şey haqqında danışa bilərdim, amma yalnız bir şey vacibdir – İran nüvə ambisiyalarından əl çəkmək istəmir! Bir çox cəhətdən razılaşdırılmış məqamlar hərbi əməliyyatlarımızı sona qədər davam etdirməkdən daha yaxşıdır, lakin bütün bu məqamlar nüvə enerjisinin bu qədər qeyri-sabit, çətin və gözlənilməz insanların əlində olması ilə müqayisədə heç nə ifadə etmir. Bu müddət ərzində üç nümayəndəm İran nümayəndələrinə qarşı çox mehriban və hörmətcil idilər, amma bunun əhəmiyyəti yoxdur, çünki onlar ən vacib məsələdə tamamilə səriştəsiz idilər. Həmişə əvvəldən və illərdir dediyim kimi – İran heç vaxt nüvə silahına sahib olmayacaq!”.
Tramp həmçinin, Hörmüz boğazını blokadaya almağa göstəriş verib. Onun sözlərinə görə, blokada tezliklə başlayacaq və burada digər dövlətlər də iştirak edəcəklər. Sitat: “Hazırkı andan etibarən, dünyanın ən yaxşısı olan ABŞ Hərbi Dəniz Donanması Hörmüz boğazına daxil olmağa və ya onu tərk etməyə çalışan istənilən gəminin bloklanması prosesinə başlayacaq. ABŞ qüvvələri, həmçinin boğazdan keçid üçün İrana pul ödəyən gəmiləri axtaracaq və saxlayacaq. Qeyri-qanuni rüsumlar ödəyənlərin heç biri açıq dənizdə təhlükəsiz keçid əldə etməyəcək. Bu, qlobal şantajdır və ölkə liderləri, xüsusən də ABŞ heç vaxt şantajın hədəfi olmayacaq. Mən həmçinin dəniz qüvvələrimizə beynəlxalq sularda İrana vergi ödəyən bütün gəmiləri aşkar etməyi və dayandırmağı tapşırmışam. Qanunsuz vergi ödəyənlər açıq dənizlərdə təhlükəsiz səyahət edə bilməyəcəklər. Həmçinin iranlıların boğaza yerləşdirdiyi minaları məhv etməyə başlayacağıq. Bizə və ya dinc gəmilərə atəş açan hər hansı bir iranlı cəhənnəmə gedəcək! İran artıq ölkələrini məhv edən bu vəziyyətə necə son qoymağı ən yaxşı bilir. Onların donanması məhv edilib, hava qüvvələri məhv edilib, zenit sistemləri və radarları yararsızdır, Xamenei və “liderlərinin” əksəriyyəti ölüb, hamısı nüvə ambisiyalarına görə. Blokada tezliklə başlayacaq. Digər ölkələr də bu blokadaya qoşulacaqlar. İranın bu qanunsuz şantaj hərəkətindən qazanc əldə etməsinə icazə verilməyəcək. Onlar pul və ən əsası nüvə silahı istəyirlər. Bundan əlavə, “Müvafiq anda tam döyüş hazırlığı vəziyyətindəyik və ordumuz İrandan qalan az nə varsa, hamısını da məhv edəcək”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!