Ölkənin avtomobil yollarında maşının arxa və ya yan şüşəsinə “Qaziyəm”, “Şəhid qızıyam”, “Şəhid oğluyam” və s. kimi etiketlərin yapışdırıldığına rast gəlirik. Bu nə məqsəd daşıyır? Axı şəhid ailəsinə qanunla üstün statuslar verildiyi halda, avtomobilinə də daha üstün status imtiyaz qazandırılması xoş niyyətdən xəbər vermir.
Paytaxt sakini Xəyyam Salmanzadə sosial platformasında bu barədə qınayıcı status paylaşıb: “…Belə olan halda YPX avtomobili saxlamır? Qazisən, yaxud qazi oğlusan, lap yaxşı, gəl otur … boynumuzda. Biz də döyüşmüşük, biz də vuruşmuşuq, amma reklam üçün yox, içimizdə olan vətən sevgisinə görə. Qazi olanda da əxlaqlı olmaq lazımdı, yazılan yazı olmaz, ümumiyyətlə, arxa şüşəyə nəsə yapışdırmaq olmaz…”.
Aşağıda təqdim edilən fotoşəkildə yazılanlar isə sosial şəbəkələrdə sərt qınanıb.
Səbuhi