Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin yuxarı həddi müəyyənləşib.
Tezadlar.az xəbər verir ki, trend-in əldə etdiyi məlumata görə, tariflər bir neçə kateqoriya üzrə tətbiq ediləcək.
Belə ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimi olacaq:
Yuxarıda nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilməyəcək.
Qeyd edək ki, bu qərar 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək.