13 Aprel 2026 / 19:45

AQTA və DİN 227 kq istehlaka yararsız at ətinin satışının qarşısını aldı – FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin  əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.

Tezadlar.az  xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib.

“At ətinin  Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı Nissan markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub. Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Fakt üzrə araşdırmalar davam etdirilir” deyə, məlumatda qeyd edilib.

eta yararasiz

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!