Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Florida ştatındakı federal məhkəmə ABŞ prezidenti Donald Trampın media maqnatı Rupert Merdoka və “The Wall Street Journal”-a qarşı maliyyəçi Ceffri Epşteynə göndərdiyi məktubun dərc olunması ilə bağlı 10 milyard dollarlıq iddiasını rədd edib.
Tezadlar.az bildirir ki, bu barədə CNBC məlumat verib.
Hakim Darrin Geylz qərar verib ki, Tramp ictimai xadimlərlə bağlı böhtan işlərində ilkin şərt olan təqsirləndirilən şəxslərin “pis niyyətini” sübut edə bilməyib. Lakin məhkəmə düzəliş edilmiş iddianın verilməsinə icazə verib.
Qərarda qeyd olunub ki, məqaləni dərc etməzdən əvvəl jurnalistlər Trampdan, ABŞ Ədliyyə Nazirliyindən və FTB-dən şərh istəmişdilər. Tramp məqalədə olan məlumatları təkzib edib, Ədliyyə Nazirliyi cavab verməyib və FTB şərh verməkdən imtina edib. Məhkəmə bunun qəzetin məlumatı yoxlamağa çalışdığını təsdiqlədiyini müəyyən edib.
2008-ci ildə Ceffri Epşteyn fahişəliyin təşkilində günahını etiraf etdi və yüngül cəza alıb. “Radiotochka NSN”-in məlumatına görə, o, 2019-cu ildə yetkinlik yaşına çatmayanların ticarəti ittihamı ilə yenidən həbs olunub və həmin ilin avqust ayında həbsxanada ölüb.
E.ŞİRİNOV