Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Maraqlıdır, belə bir gərgin vaxtda İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf amerikalıların yaxın gələcəkdə 4 dollarlıq benzin qiymətlərini nostalji ilə xatırlayacağını bildirib. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, spiker bu fikri ABŞ-la aparılan danışıqlar fonunda səsləndirib və hazırda İran nümayəndə heyətinə rəhbərlik etdiyini qeyd edib. Qalibafın sözlərinə görə, mövcud yanacaq qiymətləri uzunmüddətli olmayacaq. Sitat: “Hazırkı qiymətlərdən yararlanın. Sözdə blokada səbəbindən tezliklə 4–5 dollarlıq benzin üçün nostalji hiss edəcəksiniz”.
İranlı rəsmi həmçinin qiymət artımının sadə deyil, mürəkkəb və qeyri-xətti xarakter daşıyacağını göstərən riyazi tənlik də paylaşıb. ABŞ Avtomobil Assosiasiyasının (AAA) məlumatına əsasən, 12 aprel 2026-cı il tarixinə ABŞ-da adi benzinin orta milli qiyməti bir qallon üçün təxminən 4.12 ABŞ dolları təşkil edir. Qeyd edək ki, bir qallon təxminən 3.7 litrə bərabərdir.
ABŞ isə hələki öz bildiyini edir və yeni tələblər irəli sürməkdədir.