Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hərbi Qənimətlər Parkı Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkda yerləşir. Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, “Qrad” qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir.
Məhəmməd Əsədov, Yasin Məcidov, Ramin Ağazadə, Aqşin Əkbərov, Akif Abdullayev, Ədalət Muradov, Ağəli Məsimov, Tehran Rəhmanov, Əlihüseyn Ağayev və Gəray Abbasov rəşadətli ordumuzun gücünü, peşəkarlığını və xalqımızın sarsılmaz iradəsini özündə əks etdirən Hərbi Qənimətlər Parkının 44 günlük Vətən müharibəsində əldə olunmuş uğurların real göstəricisi kimi milli qürur hissini daha da möhkəmləndirdiyini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynadığını bildirirlər.
CEYHUN