14 Aprel 2026 / 18:57

Fövqəladə Hallar Nazirliyində yeni təyinatlar

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

Tezadlar.az xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

 

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 1972-ci il noyabrın 3-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev 1982-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!