Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bəli, bu gün “Təzadlar” qəzeti artıq 33 yaşına qədəm qoyur. İnsan yaşı üçün 33 yaş gənc sayılsa da, qəzet üçün bu, böyük və şərəfli bir ömürdür. Doğrudan da zaman o qədər sürətlə keçir ki, sanki qəzetin 20 yaşı yenicə tamam olmuşdu, artıq isə 33 yaşını qeyd edir.
Bu əlamətdar gün münasibətilə “Təzadlar” qəzetimizə bundan sonra da daha böyük uğurlar arzulayıram. Çünki indiki dövrdə mətbuat sahəsində fəaliyyət göstərmək olduqca çətindir. Lakin buna baxmayaraq, “Təzadlar” qəzeti artıq 33 ildir ki, öz ayaqları üzərində möhkəm dayanır və fəaliyyətini uğurla davam etdirir. İnanıram ki, qəzet bundan sonra da eyni əzmlə yoluna davam edəcək.
Bu münasibətlə qəzetin bütün kollektivini ürəkdən təbrik edirəm. Bu kollektivin bir üzvü olduğum üçün özümü qürurlu hiss edirəm. Çünki “Təzadlar” qəzeti hər zaman sözün düzünü deyən, haqqın yanında duran və obyektiv mövqeyi ilə seçilən bir mətbuat orqanı olub.
Artıq 21 ildir ki, mətbuat sahəsində çalışıram. Bunun 15 ilini isə məhz “Təzadlar” qəzetində keçirmişəm. Bu qəzet mənim üçün təkcə iş yeri deyil, eyni zamanda böyük bir məktəbdir.
Burada çalışan redaktorlar, baş redaktor Asif Mərzili başda olmaqla, hər biri zəngin təcrübəyə malik, öyrədici və nümunəvi insanlardır. Onlardan öyrənmək, onların təcrübəsindən faydalanmaq hər bir jurnalist üçün böyük qazancdır.
Bir daha “Təzadlar” qəzetimizi və dəyərli kollektivimizi ürəkdən təbrik edir, qəzetimizə gələcək fəaliyyətində uğurlar arzulayıram. Bu qəzetin inkişafında zəhməti keçən hər kəsi, kollektivimizin hər bir üzvünü və “Təzadlar” ailəsinin bir parçası olmağı özünə şərəf bilən hər bir insanı ürəkdən təbrik edirəm.
Elşad FƏRMANOĞLU

