Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İki gün əvvəl xəbər verdiyimiz kimi, Masazır qəsəbəsi ərazisində qanunsuz yaşadığı Pərişan Süleymanovanı və onun xalası qızı Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı üzrə Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu gün məlum oldu ki, belə bir ağır cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda istintaq bu qətllərin törədilməsinə səbəb olan halların araşdırılması istiqamətində araşdırmalar aparır. İlkin məlumata görə, qətlə səbəb qısqanclıq olub.
A.Məmmədli