Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Aprel 2026 / 16:15

Putin Ruben Vardanyanı azad edib Ermənistana göndərmək istəyir?

…Ruben Vardanyan Rusiya vətəndaçıdır. Amma Moskvadakı bəzi ruslar və Ermənistandakı bir çox ermənilər onun ağlını əlindən aldılar ki… Guya tezliklə Qarabağda ikinci erməni dövləti yaradılacaq… Karın könlündəkilər!
İnndi həmin baş yeyənlər Rubeni Bakı türməsindən çıxartdırıb yenidən ara qarışdırmaq istəyirlər… Rubendə də az yoxdur. Məhkəmənin son iclasındakı son sözündə bir daha erməniliyini ortaya qoyub erməniləri mübarizəyə səslədi!
Erməni ki erməni! Ağıl yox, baş gedib… Daha nə olmalıdır ki!
***
Amma indi başqa məsələ var: Ukraynada faktiki olan-qalan nüfuzunu itirən Rusiyada görün nələr edilir: sosial mediada rast gəldik ki, Rusiya Dövlət Duması tərəfindən verilən təzə bir təklif çox təhlükəlidir. Jurnalist Aida Eyvazlı bu barədə qısa məzmunlu status paylaşıb: “…Putin Azərbaycanda həbsxanada yatan milyarder Ruben Vardanyanı xilas edib, Ermənistanda baş nazir təyin etmək üçün yeni qanun hazırlayır. Belə ki, Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Sözügedən sənəd başqa dövlətlərin məhkəmə instansiyaları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya ordusunun tətbiqinə şərait yaradacaq. Bu qanunda həbs edilən, nəzarətə götürülən və müxtəlif formalarda təqiblərə məruz qalan vətəndaşların təhlükəsizliyini təmin etməklə bağlı hərbi qüvvələrin cəlb olunması üçün ölkə rəhbərinin göstəriş vermək hüququ tanınır…”.
Ruben haranın vətəndaşı olmasından asılı olmayaraq Azərbaycan ərazisində qatı dövləti cinayət törədib. Ona görə də onun həbsi bu dövlətin-Azərbaycanın iradəsindən asılı olduğu kimi, azadlığı da Azərbaycanın prezidentindən asılıdır, Rusiyanın yox…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!