Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İnanılmaz hal: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının onun şərəfinə adlandırılmamasından təəssüflənib. Belə ki, Tramp “Fox Business”ə müsahibəsində Hörmüz boğazının “Tramp boğazı” adlandırılmayacağını, çünki bu fikrin dəstəklənmədiyini təəssüflə bildirib. Sitat: “Siz onu Hörmüz boğazı və ya Hörmüzün boğazı adlandıra bilərsiniz. Soruşdum ki, hansı daha yaxşıdır? Mənə cavab verdilər ki, hər ikisi uyğundur. Amma bu boğaza verə bilməyəcəyiniz yeganə ad “Tramp boğazı”dır. Onlar bunu xoşlamırlar. Lakin mən insanların xoşladığı bir şey etmişəm. O da bu idi ki, mən Meksika körfəzini aldım və onun adını Amerika körfəzi olaraq dəyişdirdim”.
Amma faktdır ki, Hörmüz boğazı belə getsə, elə Tramp boğazı kimi məşhurlaşacaq…
SƏBUHİ