Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Qərbi Azərbaycandan zorla köçürülmüş yüz minlərlə azərbaycanlı hələ də doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. Ermənistana verilmiş və hazırda bu ölkənin ərazisi kimi təqdim olunan Qərbi Azərbaycan əhalisi uzun illərdir doğma yurd həsrəti çəkir. Tezadlar.az 24News.ge -yə istinadla xəbər verir ki, vaxtilə ata-baba torpaqlarından zorla çıxarılan Ağbaba mahalının Öysüzlü kəndindən olan Əhmədovlar ailəsi də illərdir bu həsrəti yaşayan ailələrdəndir. Onlar Qərbi Azərbaycandan azərbaycanlıların çıxarılması zamanı öz doğma kəndlərini demək olar ki, ən son tərk edən ailələrdən olublar. Əhmədovlar ailəsi əvvəlcə Azərbaycanda məskunlaşıb, sonralar isə doğma yurdlarına daha yaxın olmaq üçün Gürcüstanın Marneuli rayonunun İmircala kəndinə köçərək burada özlərinə yeni yurd-yuva qurublar. Bütün çətinliklərə baxmayaraq, Vətən və yurd həsrəti onları doğma kəndlərinə — Ermənistan ərazisinə getməyə vadar edib. Əhmədov qardaşları Sadaxlı gömrük-keçid məntəqəsindən keçərək Amasiya rayonunda yerləşən ata-baba torpaqlarını ziyarət etməyə nail olublar. Doğma kəndlərinə qayıdan qardaşlar üçün bu səfər ağır olub. Uşaqlıqlarının keçdiyi, hər daşında və divarında xatirələri yaşayan evlərinin söküldüyünü görmək xüsusilə təsirli olub. Lakin kənd qəbiristanlığı və ocaq yerləri hələ də qalmaqdadır.
Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik: